Fevralın 6-da Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq bu gündən etibarən Heydər Əliyev Mərkəzinin binası Türkiyə Respublikasının bayrağı ilə işıqlandırılacaq.
Azərbaycan və Türkiyə xalqları arasındakı dostluğu, qardaşlığı və birliyi nümayiş etdirən videoproyeksiya bir neçə gün davam edəcəkdir.
Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.
Fevralın 7-də isə ilkin olaraq mobil səhra hospitalı və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyət Türkiyəyə yola düşüb. Daha sonra isə nvöbəti təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, adyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb.