Azərbaycan əhalisinin 73,1 faizi sülh müqaviləsini dəstəkləyir – Rəy sorğusu

 

Azərbaycan əhalisinin 73,1 faizi Ermənistanla sülh müqaviləsini dəstəkləyir.

Sosial Tədqiqatlar Mərkəzinin apardığı sorğuda iştirak edənlərin böyük əksəriyyəti sülh müqaviləsinin imzalanmasına müsbət yanaşıb.

Qeyd edək ki, sentyabr ayında keçirilən sorğunun nəticələri ilə müqayisədə (71,2 faiz) Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına dəstəyini ifadə edənlərin sayında nisbi artım müşahidə olunub. Azərbaycan cəmiyyətinin sülh və barış mövqeyinə baxmayaraq, özünü beynəlxalq ictimaiyyətə sülh və sabitlik təşəbbüskarı kimi təqdim edən erməni əhali, əslində, sülhün tərəfdarı deyil.

2022-12-16 / 13:00
Facebook