ABŞ Cənubi Qafqaz regionunu stabil görmək istəyir - Dövlət Departamenti

 

ABŞ Cənubi Qafqaz regionunu stabil görmək istəyir.

Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays bu gün brifinq zamanı deyib.

İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimləri şərh edən N.Prays qeyd edib ki, ABŞ Cənubi Qafqaz regionunu stabil görmək istəyir və bu məsələdə açıq şəkildə marağını ifadə edib.

"Regionda Ermənistanla Azərbaycan arasında gərginliyi azaltmaq və daha da ciddi gərginliyin yaranmasına yol verməmək üçün biz bu ölkələrlə işimizi davam etdiririk", - N.Prays deyib.

2022-10-25 / 12:47
Facebook