Tərtərdə iki nəfər minaya düşüb

 

Hadisə rayonun Üçüncü sovxoz adlanan ərazisində baş verib.

Rayon sakinləri - 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu və 1976-cı il təvəllüdlü Bayramov Rəfayıl Köçəri oğlu minaya düşərək xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdirilib.

Yaralıların ayaqlarının amputasiya edildiyi bildirilir.

2022-10-01 / 12:42
Facebook