Boris Conson Prezident İlham Əliyevə təşəkkür edib

 

Böyük Britaniyanın Baş naziri Boris Conson Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Hökumət başçısı minnətdarlığını IX Qlobal Bakı Forumunun başlaması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktubda çatdırıb.

“IX Qlobal Bakı Forumunun açılışı münasibətilə sizi təbrik edirəm. Keçmişin, indinin və gələcəyin liderlərinə günün an aktual problemlərini nəzərdən keçirmək üçün bu mühüm fürsəti təmin etdiyiniz üçün bir daha təşəkkür edirəm”, - Baş nazir vurğulayıb.

2022-06-16 / 13:57
Facebook