Arif Paşayev və Rəşad Nəbiyev “TEKNOFEST Azərbaycan”ın qaliblərini mükafatlandırıb

 

Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının qalibi olan Akademiya tələbələri ilə görüşüb.

Bbu barədə nazir özünün tviter səhifəsində yazıb.

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində keçirilən “Planer” müsabiqəsində B kateqoriyası üzrə birinci yerin qalibi Milli Aviasiya Akademiyasının “MockingJay” komandası olub.

"Akademiyanın rektoru, akademik Arif Paşayevlə birlikdə komanda üzvlərini festivalda fəal iştiraka və ali təhsil müəssisəsini layiqli təmsil etdiklərinə görə akademiyanın təşəkkürnaməsi ilə təltif etdik”, - nazir əlavə edib.

2022-06-06 / 15:37
Facebook