
Gənclər və İdman Nazirliyi, Bakı Gənclər Mərkəzi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi və “Kəlağayı ev-muzeyi”nin birgə təşkilatçılığı ilə noyabrın 24-də Bakı Gənclər Mərkəzində Azərbaycan Kəlağayısı Gününə həsr olunmuş “Kəlağayı bayramı” keçiriləcək.
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşəbbüsü ilə artıq ənənə halını alan “Kəlağayı bayramı" milli-mənəvi dəyərlərimizin, zəngin mədəni irsimizin və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycan kəlağayısının təbliği məqsədi daşıyır.
Tədbirdən əvvəl foyedə qədim və müasir kəlağayılardan, eləcə də kəlağayı mövzusunda çəkilmiş rəsm əsərlərindən ibarət sərgi təşkil ediləcək.