
Noyabrın 20-dən 28-dək Qazaxıstanın Türküstan şəhərində Türk Şahmat Assosiasiyası tərəfindən kişilər və qadınlar arasında şahmat çempionatı keçiriləcək.
Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, çempionatda 7 ölkədən şahmatçı iştirak edəcək. Turnir FIDE qaydalarına uyğun, 14 turdan ibarət dairəvi sistemlə (2 dövrə) təşkil olunacaq.
Kişilərin və qadınların yarışında ölkəmizi müvafiq olaraq Nicat Abasov və Gövhər Beydullayeva təmsil edəcəklər.
Çempionat günlərində həm də veteranlar arasında yarış baş tutacaq. Veteranların yarışında Vüqar Bayramov iştirak edəcək.