Çempionlar Liqası: “Barselona”nın Bakıya gəliş tarixi məlum olub

 

UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda Bakıda “Sabah”la qarşılaşacaq “Barselona”nın Azərbaycana səfər tarixi bəlli olub.

Bu barədə Bakı təmsilçisindən məlumat verilib.

Bildirilib ki, İspaniya klubu noyabrın 23-ü axşam saatlarında paytaxtımızda olacaq.

Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Barselona" matçı saat 21:45-də start götürəcək.

2026-11-20 / 17:41
Facebook