Qazaxıstan 2035-ci ilə qədər iki AES-in tikintisini başa çatdırmağı planlaşdırır

 

Qazaxıstan “Balxaş” və “Moyınkum” atom elektrik stansiyalarının tikintisini 2035-ci ilə qədər başa çatdırmağı planlaşdırır.

Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov bu barədə hökumətin brifinqində bildirib.

Onun sözlərinə görə, birinci AES olan “Balxaş” Rusiyanın “Rosatom” konsorsiumu ilə birgə tikiləcək. “Moyınkum” AES-in tikintisi üçün isə Çin Milli Atom Enerjisi Korporasiyası ilə danışıqlar aparılır. Sazişin şərtləri və layihənin icra müddətləri hazırda müzakirə olunur.

Bundan əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Balxaş” AES-in tikintisinə 2027-ci ildə başlanması və “Moyınkum” AES layihəsinin həyata keçirilməsini sürətləndirmək üçün saziş bağlanmasını təklif etmişdi.

2026-11-04 / 18:02
Facebook