
Aktauda Xəzəryanı dövlətlərin universitetləri və tədqiqat mərkəzləri Assosiasiyasının 28-ci Baş Assambleyası keçirilib.
Tədbirdə Xəzəryanı ölkələrin ali təhsil müəssisələrinin və tədqiqat təşkilatlarının rəhbərləri, alimlər iştirak ediblər.
İştirakçılar Xəzər dənizinin ekoloji vəziyyəti, suyun səviyyəsinin azalması, su çatışmazlığı, biomüxtəlifliyin qorunması və iqlim dəyişikliyinin təsiri məsələlərini müzakirə ediblər.
Onlar elmi məlumatların mübadiləsinin, birgə tədqiqatların aparılmasının və sübutlara əsaslanan praktik həllər hazırlanmasının vacibliyini vurğulayıblar.
1996-cı ildə yaradılan Assosiasiya Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın ali təhsil müəssisələrini və tədqiqat institutlarını birləşdirir.