Çində koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən Azərbaycan vətəndaşları təxliyə edilib.
Azərbaycan vətəndaşlarını gətirən təyyarə Uhan hava limanından səmaya qalxıb.
Sərnişinlər şəhərin hava limanında müayinə edilib və onlarda qızdırma, habelə başqa əlamətlər aşkarlanmayıb. Sərnişinlərə xüsusi forma geyindirilib.
Xüsusi vasitələrlə dezinfeksiya edilən təyyarə əvvəlcə yanacaq üçün Ulan-Batora uçub. Təyyarə bundan sonra Türkiyənin paytaxtı Ankarada yerə enəcək.
Təxliyyə olunanlar Türkiyədə 14 gün müddətində karantində saxlanılacaqlar.
Xatırladaq ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz vətəndaşları ilə bərabər Uhan şəhərindəki Azərbaycan vətəndaşlarını da təxliyə edəcəklərini açıqlamışdı.
Qeyd edək ki, Uhan şəhərində 7 nəfər Azərbaycan vətəndaşı var. Onlar əsasən tələbələrdir.