Azərbaycanın futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektoru Çempionlar Liqasına təyinat alıb

 

Azərbaycanın futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektoru Elçin Səmədli UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin oyununa təyinat alıb.

Futzal Federasiyasından verilən məlumata görə, o, “Jalgiris” (Litva) – “Benfika” (Portuqaliya) qarşılaşmasında hakimlərin işini qiymətləndirəcək.

Qeyd edək ki, noyabrın 23-də Kaunas şəhərində keçiriləcək matç Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Görüşü İsveçrədən olan hakimlər briqadası idarə edəcək.

2026-11-22 / 21:54
Facebook