
Cənubi Koreyanın Muju şəhərində parataekvondo üzrə dünya çempionatının ikinci günü keçirilir.
Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, K44 kateqoriyası, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan İmaməddin Xəlilov bürünc medal qazanıb.
Paralimpiya çempionumuz 1/8 finalda almaniyalı Kolja Grabe, 1/4 finalda isə türkiyəli Yusuf Yünaçtını 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda meksikalı Juan Garcia ilə qarşılaşan İmaməddin Xəlilov rəqibinə məğlub olub.