Cevdet Yılmaz: Türkiyə-Azərbaycan qardaşlığı əbədi var olacaq

 

"Türkiyə-Azərbaycan qardaşlığı əbədi var olacaq".

Bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Bakıda "Türk şəhidliyi" abidəsini ziyarət edərkən deyib.

"Azərbaycana ilk səfərim çərçivəsində türk şəhidlərinin abidəsini ziyarət etməkdən qürur duyuram. 105 il bundan öncə qardaş Azərbaycanı bilib şəhid oldular. Vətən torpaqları uğrunda özlərini fəda edənlər Azərbaycan və Türkiyə arasındakı qardaşlıq bağlarını bənzərsiz ediblər. Bu mübarizə hazırda Azərbaycan torpaqları uğrunda mübarizə aparan bizlər üçün bir nümunədir. "Bir millət, iki dövlət" şüarı, nəsillərin fədakarlığı sayəsində ucalan Türkiyə - Azərbaycan qardaşlığı əbədi var olacaq", - Cevdet Yılmaz bildirib.
2023-12-20 / 17:34
Facebook