2025-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyənləşib

 

Gələn il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyənləşib.

Nazirlər Kabinetinin “2025-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” Qərarına əsasən, 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, martın 30, 31-i Ramazan bayramı, iyunun 6, 7-si Qurban bayramı günləri müəyyən edilib.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan günlər iş günü hesab olunmur.

2024-12-11 / 15:38
Facebook