“TikTok” ABŞ-da fəaliyyətini dayandırmağa hazırlaşır

 

“TikTok” sosial şəbəkəsinin rəhbərliyi yanvarın 19-da mobil tətbiqin ABŞ-da fəaliyyətini dayandırmağa hazırlaşır.

“The Information” portalı bu barədə öz mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, tətbiqin fəaliyyətinin dayandırılmasının qarşısını yalnız Ali Məhkəmənin müdaxiləsi ilə almaq olar.

Qeyd edək ki, 2024-cü ildə qəbul edilən qanuna əsasən, Çinin “ByteDance” kompaniyası ya sosial şəbəkəni satmalı, ya da yanvarın 19-dək ABŞ-dakı fəaliyyətini dayandırmalı idi.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dekabrın sonlarında hakimlərdən sosial şəbəkə barəsində qanunun müddəalarını dayandırmağı xahiş edib. O, 2024-cü ilin noyabrında keçirilən prezident seçkilərində sosial şəbəkənin gənc istifadəçilərinin səslərinin qələbəsinə verdiyi töhfəyə görə platformaya “isti” yanaşdığını deyib. Təzad isə ondan ibarətdir ki, 2020-ci ildə “ByteDance” kompaniyasını “TikTok” şəbəkəsini satmağa məcbur etmək üçün ilk cəhd məhz Donald Tramp tərəfindən həyata keçirib.

2025-01-15 / 13:05
Facebook