Dövlətlə sahibkar arasında etimad mühitinin möhkəmləndirilməsi özəl sektorun təşəbbüslərini və investisiya qoyuluşlarını artırır.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, Dünya İqtisadi Forumunun hökumət texnologiyalarının qlobal ictimai təsiri ilə bağlı hesabatında Azərbaycanda dövlət-özəl tərəfdaşlığı layihələri, iqtisadiyyatın rəqəmsallaşması üzrə əldə edilmiş uğurlar xüsusi vurğulanıb: “İqtisadi səmərəlilik və sosial fayda; Strateji biznes imkanları; Dövlət xidmətlərinin həyata keçirilməsində özəl sektorun iştirakı. Dövlət-özəl tərəfdaşlığının inkişafı ölkəmizdə sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində effektiv nəticələr verir”.