Azərbaycanda 6 milyon 324 min 556 nəfər səsvermə hüququ olan şəxs var

 

Azərbaycanda 6 milyon 354 min 556 nəfər səsvermə hüququ olan şəxs var.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

O bildirib ki, ölkə üzrə 125 seçki dairəsində səsvermə hüququ olanların sayı 1 milyon 143 min 620 nəfər artıb: “Azərbaycanda 6 milyon 354 min 556 nəfər səsvermə hüququ olan şəxs var. Seçici siyahılarında sayın artması bir sıra daxili və xarici miqrasiya ilə şərtlənib”.
2023-12-20 / 17:20
Facebook