Hikmət Hacıyev azərbaycanlı qadın istehkamçılarla bağlı paylaşım edib
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın qadın istehkamçıları ilə bağlı paylaşım edib.
Prezidentin köməkçisi sosial şəbəkədə yazıb:
“Azərbaycanın cəsur qadın istehkamçıları fiziki təhlükəsizliyini potensial riskə ataraq insanların həyatını xilas etmək, “ölüm toxumu”nun kökünü kəsmək və bu torpaqları uşaqlar, ailələr və icmalar üçün təhlükəsiz vəziyyətə gətirmək üçün Ermənistanın Azərbaycan ərazilərini çirkləndirdiyi minalardan təmizləmə əməliyyatlarında iştirak edirlər”.