Laçında aparılan quruculuq işləri Azərbaycan iqtisadiyyatının gücünü daha da artıracaq

 

10 noyabr 2020-ci il tarixli bəyanatla dekabr ayının 1-də Azərbaycan ordusu bir güllə belə atmadan Laçını azad etmiş oldu. Ermənistanı Xankəndi ilə birləşdirən avtomobil yolu Laçın şəhərindən keçdiyi üçün o vaxt şəhər nəzarətimizə götürülməmişdi. Ancaq üçtərəfli Bəyanatda da nəzərdə tutulduğu kimi, Azərbaycan deyilən vaxtdan da az bir müddətə sözügedən yola alternativ yol çəkdi və bundan sonra, 2022-ci il avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə təntənəli şəkildə daxil oldu.

15 fevral 2021-ci il tarixində Prezident İlham Əliyev Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyasını işə saldı. Bu stansiya Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq.

28 iyul 2021-ci il tarixində Prezident İlham Əliyev Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 10.000.000,0 (on milyon) manat ayrılıb.

16 avqust 2021-ci il tarixində Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının təməlini qoyub. Laçın Beynəlxalq Hava Limanının tikintisinin 2024-cü ildə tamamlanması planlaşdırılır. Hava limanının uçuş zolağının uzunluğu 3000 metr, eni isə 60 metr olacaq. Aeroportun beynəlxalq standartlara uyğun olaraq layihələndirilən terminal binasının sahəsi 5000 kvadratmetrdir və saatda 200 sərnişinə xidmət edə biləcək. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının tam inkişafına da imkan verəcək.

20 sentyabr 2022-ci il tarixində Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamla Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 800,0 (səkkiz yüz) min manat ayrılıb.

Ermənistanın işğalı zamanı Laçında mövcud olmuş 14 kiçik su elektrik stansiyası darmadağın edilib. Həmin stansiyalar bərpa olunacaq və əlavə 14 yeni su elektrik stansiyası tikiləcək. Beləliklə, 28 su elektrik stansiyası olacaq ki, onların ümumi gücü 120 meqavatt olacaq. Bu, Laçının enerji tələbatından bir neçə dəfə çoxdur. Bu stansiyalarda istehsal olunan elektrik enerjisi "Laçın" qovşaq yarımstansiyası və digər yarımstansiyaları birləşdirən 400 kilometrdən artıq ötürücü xəttlər vasitəsilə Azərbaycanın ümumi enerjisinə ötürüləcək. Bununla da Qarabağda və Şərqi Zəngəzurda enerjinin verilişində fasilə yaranmayacaq.

21 sentyabr 2022-ci il tarixində Prezident İlham Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Laçın şəhərində inşa ediləcək 110/35/10 kV-luq “Laçın” Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində iştirak edib. Ümumi gücü 80 meqavatamper olacaq bu yarımstansiya qovşaq funksiyasını daşıyacaq. Belə ki, Füzulidəki “Şükürbəyli” yarımstansiyasından çıxaraq “Cəbrayıl”, “Zəngilan”, “Qubadlı” yarımstansiyalarına, oradan isə “Güləbird” Su Elektrik Stansiyası ilə əlaqələnən 110 kV-luq ikidövrəli xətt, “Daşkəsən” yarımstansiyasından “Kəlbəcər” və “Qorçu” yarımstansiyalarına çəkilən 110 kV-luq ikidövrəli xətt, həmçinin “Şükürbəyli” yarımstansiyasından “Füzuli” və “Şuşa” yarımstansiyalarına gətirilən 110 kV-luq ikidövrəli xətt “Laçın” şəhər yarımstansiyası ilə əlaqələndiriləcək.

20 sentyabr 2022-ci il tarixində Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamla Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işlərinin həyata keçirilməsi məqsədilə 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 800,0 (səkkiz yüz) min manat ayrılıb.

22 sentyabr 2022-ci il tarixində Prezident İlham Əliyev Laçın rayonu, Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Laçın rayonu, Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsindən Elm və Təhsil Nazirliyinə ilkin olaraq 300 min manat ayrılıb.

Həmin tarixdə dövlət başçısı Laçın şəhəri, 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam da imzalayıb. Sərəncama əsasən, Laçın şəhəri, 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsindən Elm və Təhsil Nazirliyinə ilkin olaraq 800 min manat ayrılıb.

Laçın şəhərinin dayanıqlı su təchizatının aparılması məqsədilə layihələndirmə işlərinə başlanılıb. Mütəxəssislər tərəfindən subartezian sahəsinə, anbarlara, nasos stansiyalarına baxış keçirilib, vəziyyət yerində qiymətləndirilib. Yararsız hala salınmış subartezian quyuları, nasos stansiyası və digər hidrotexniki qurğular bərpa edilir, anbarlar yuyulub təmizlənərək istismara qaytarılır.

2022-09-29 / 12:39
Facebook