Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından 166 mlrd. kubmetr qaz və 36 mln. ton qaz kondensatı hasil edilib.
Bu barədə Bakı Enerji Forumunda çıxış edərkən SOCAR-ın Birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
Onun sözlərinə görə, Trans-Anadolu kəməri istifadəyə verildikdən sonra onun vasitəsilə Türkiyəyə 16 mlrd. kubmetr qaz nəql edilib.
Bununla yanaşı, Trans-Adriatik kəməri vasitəsilə indiyədək Avropaya 11,3 mlrd. kubmetr qaz ixrac edilib, bundan 9,7 mlrd. kubmetri İtaliyaya, 1,3 mlrd. kubmetri Yunanıstana, 0,3 mlrd. kubmetri isə Bolqarıstana nəql edilib.