Kreml: Putin Trampla danışmağa hazırdır

 

Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin yeni Prezidenti Donald Trampla danışmağa hazırdır.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Moskvanın ABŞ-dən siqnallar gözlədiyini söyləyib.

"Putin hazırdır, siqnalları gözləyirik. Hər şey hazırdır. Ona görə də burada kofedə fala baxmaq çətindir. Nə isə baş verən kimi, bir şey olarsa, sizə məlumat verəcəyik", - Kremlin sözçüsü vurğulayıb.

2025-01-24 / 18:10
Facebook