“Regionda sülhə və əməkdaşlığa hazırlaşmağın zamanıdır".
Bunu diplomatik korpus nümayəndələrinin Azərbaycanın işğaldan azad olunmuş Qubadlıya səfər zamanı Fransanın Azərbaycandakı səfiri Zakari Qross deyib.
Səfir bildirib ki, müharibə artıq bitib: “Düşünürəm ki, artıq regionda sülhə və əməkdaşlığa hazırlaşmağın, daha yaxşı gələcək üçün Qafqazdakı bütün ölkələrin tərəfdaşlıq etməsinin, dünyanın üzləşdiyi iqlim dəyişikliyi, biomüxtəliflik kimi problemlərin öhdəsindən gəlmək və dayanıqlı inkişaf üçün birgə işləməyin zamanıdır. İnanıram ki, ağıllı əməkdaşlıq və bağışlamağı, sülhü görəcəyik. Mən ümid edirəm ki, Avropa İttifaqı və Fransa bu əməkdaşlıqda tərəfdaş olacaq.
Gördüklərim mənə onu hiss etdirdi ki, artıq sülhün və bağışlamağın zamanıdır. Düşünürəm ki, biz buna hazırlaşmalıyıq. Hökumətlərin, məktəblərin, ailələrin, valideynlərin bununla bağlı məsuliyyəti var. Onlar öz övladlarına elə təhsil verməlidir ki, onlar daha bir-birini düşmən kimi yox, tərəfdaş kimi görsünlər, bütün bunlar regional əməkdaşlıq üçün vacibdir".