Azərbaycanda koronavirusa yoluxanların sayı 9570-ə, sağalanların sayı 5309-a çatıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, koronavirusdan vəfat edənlərin sayı isə 115-ə çatıb.
Qeyd edək ki, Azərbaycan Respublikasında koronavirus infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 196 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.