TƏBİB yüngül koronaviruslu xəstələrin ev şəraitində müalicə olunması məsələsiylə bağlı məlumat yayıb.
Qurumdan daxil olan məlumatda bildirilir ki, hazırda ölkəmizdə COVID-19 testi təsdiqlənmiş simptomsuz və yüngül simptomlu xəstələrin müşahidəsi və müalicəsi xüsusi rejimli tibb müəssisələrində aparılır. Virusa yoluxma sürətinin artmasını nəzərə alaraq bu dəyişikliyin COVID-19 xəstələrinin müalicəsinə tətbiqi Nazilər Kabineti yanında Operativ Qərargah tərəfindən müzakirə olunur. COVID-19 xəstəliyini yüngül simptomla və ya simptomsuz keçirən şəxslərin ev şəraitində təcridi və müalicəsi barədə qərar qəbul edildiyi halda ictimaiyyətə əlavə məlumat veriləcək.
Belə ki, qərara edilən yeni dəyişikliyə görə, yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisələsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, onlar həkim rəyinə əsasən müəyyən olunmuş qaydalara riayət etməklə, yaşadıqları və ya olduqları yerdə təcrid olunurlar və onların üzərində tibbi müşahidə həyata keçirilir.