Bakıda polisə zibil atanlar həbs edildi

 

Yasamal rayonunda polislərin üzərinə zibil atmaqda şübhəli bilinərək saxlanılan şəxslər barədə məhkəmə qərarı verilib.

Saxlanılan 11 nəfərin hər biri inzibati məsuliyyətə cəlb olunub. Onlar İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə təqsirləndirilib.

Yasamal rayon məhkəməsinin qərarı ilə onlar barəsində 10, 15 və 30 sutka müddətinə inzibati həbs cəzası seçilib.

 

2020-06-09 / 12:05
Facebook