"Son günlər Avropada koronavirusa yoluxma sayında azalma müşahidə edilir".
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
H.Harmancı bildirib ki, peyvənd hazırlandıqdan sonra onun əlçatan olması üçün bütün tədbirlər görüləcək: "Bu dövrə qədər də qoruyucu tədbirlərə ciddi əməl etməliyik".