“Bəzi sosial şəbəkələrdə yayılan şayiələr vətəndaşlarımızda inamsızlığa səbəb olur”.
Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, bu şayiələrdən biri hər hansı xəstəlikdən vəfat etmiş şəxsə “COVİD-19” diaqnozunun qoyulması ilə bağlıdır:
“Guya təcili tibbi yardım həkimləri və ya digər tibb işçiləri hansısa xəstəlikdən vəfat etmiş şəxslərin ölüm səbəblərinin “COVİD-19” kimi qeyd olunması ilə bağlı arayış verməyi təklif edirlər. Müvafiq qurumlar və bizim tərəfimizdən bunlar araşdırılıb. Tamamilə şayiə xarakteri daşıyır. Biz ilk gündən şəffaf çalışırıq. Kiməsə “COVİD-19” diaqnozunun qoyulması asan məsələ deyil”.