Türkiyədə 6 azərbaycanlı koronavirusdan dünyasını dəyişdi - EKSKLÜZİV

 

Azərbaycanın Türkiyədəki səfirindən sərhədlərin açılması ilə bağlı açıqlama

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim “COVİD-19”a yoluxan və bu virusdan dünyasını dəyişən vətəndaşlarımızla bağlı rəqəmləri açıqlayıb. Səfir bildirib ki, bu günə qədər Türkiyədə koronavirusa yoluxan Azərbaycan vətəndaşlarının sayı 20-ni keçib. Bu virusdan dünyasını dəyişən azərbaycanlıların sayı isə 6-a çatıb. 

Səfir, sərhədlərin açılması və Türkiyədən Azərbaycana uçuşların həyata keçirilməsi ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib. 

“Türkiyə və Azərbaycan qardaş dövlətlərdilər. İki ölkə arasında münasibətlər o qədər sıxdır ki, bizim münasibətlərdə fərqli addımlar atıla bilər. Həm Türkiyə, həm də Azərbaycan tərəfi çalışır ki, mümkün qədər, şərait imkan verdiyi çərçivələrdə vətəndaşlarımızın gediş-gəlişi üçün münbit şərait yaratsın. Təbii ki, burada fərqli faktorlar var. Onlar Azərbaycanda da, Türkiyədə də nəzərə alınır. Karantin şəraiti, nə qədər xəstələnən var... Yəni fərqli-fərqli məqamlar var ki, onlar nəzərə alınacaq. Sərhədlərin açılması ilə bağlı hazırda bir qərar yoxdur “.

2020-06-04 / 13:11
Facebook