Azərbaycan nefti bahalaşır

 

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 3-də 40,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,17 dollar/barel çoxdur.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 39,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,24 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 39,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,01 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 37,61 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,09 dollar/barel çoxdur.

2020-06-04 / 13:04
Facebook