Koronavirusa yoluxmuş şəxslərin maskadan istifadə etməməsi sağlam insanlara (maska taxan) yoluxma riskini 70%-ə kimi artırır.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.
Hazırlanmış infoqrafikada bildirilir ki, COVİD-19 daşıyıcısı maska taxdığı təqdirdə maska taxmayan sağlam insana virusun yoluxma faizi 5-ə düşür.
Qeyd edək ki, maska taxılması ilə bağlı tələbləri pozan fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir. Bir il ərzində bu tələblər təkrar pozularsa, fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.