Nazirlər Kabineti Macarıstanın “Wizzair” aviaşirkətinin iyunun 19-dan Bakı-Budapeşt-Bakı reysini bərpa edəcəyi ilə bağlı elanına aydınlıq gətirib.
Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov açıqlamasında bildirib ki, qurumda bu barədə heç bir məlumat yoxdur:
"Bildiyiniz kimi ölkədə uçuşlar iyunun 15-ə kimi dayandırılıb. “Wizzair”in Bakıya uçuşları ilə bağlı isə bizə məlumat daxil olmayıb".
Qeyd edək ki, Türkiyə avişirkətilərindən biri də bu ay Bakıya uçuşların həyata keçiriləcəyi barədə məlumat yayıblar.