Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 saylı Uşaq Evinin sakinlərinə, həmçinin Uşaq Psixonevroloji Mərkəzində müalicə alan və daimi yaşayan azyaşlılara hədiyyələr təqdim edilib.
Heydər Əliyev Fondunun bayram hədiyyələri müxtəlif idman qurğuları, velosipedlər, skuterlər, sürüşkənlər, geyim dəstləri, zehni inkişaf oyunları və oyuncaqlardan ibarət olub.