1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni videoçarx yayımlayıb.
Videoçarxda hər bir uşaq üçün valideynlərinin nə qədər qiymətli, dəyərli olduqları, valideyn doğmalığının əvəzsiz nemət olması elə uşaqların öz baxışı, öz dili ilə təqdim edilir. Onlar bu barədə təbii təsəvvür və düşüncələrini bölüşürlər.