Cəlilabadda narkotacir qohumlar altı kiloqram narkotiklə tutuldu - FOTO

 

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində altı kiloqramdan artıq güclü təsiredici narkotik vasitələr aşkarlanaraq, qanunsuz dövriyyədən çıxarılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb. 

Bildirilib ki, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuş Elşad Hüseynli və qohumu Samir İsgəndərov “Range Rover” markalı avtomobildə Cəlilabad rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin avtomobilə keçirilən baxış zamanı dörd ədəd sellofan torbada ümumi çəkisi 4 kiloqram 190 qram narkotik vasitə heroin və iki kiloqramdan artıq tiryək aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslərin həmin narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından qaçaqmalçılıq yolu əldə etdikləri və əvvəlcədən gizlədilmiş yerdən götürdükləri müəyyən edilib.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

2020-05-30 / 11:17
Facebook