Naxçıvan istiqamətində erməni tabor komandirinin maşını vuruldu

 

Azərbaycan hərbçiləri Naxçıvan istiqamətində Ermənistan Ordusunun tabor komandirinin “Nissan Patrol” markalı avtomobilini vurublar.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan öz “Facebook” səhifəsində yazıb.

Qeyd edək ki, “Qraparak” qəzetinin məlumatına görə, hadisə mayın 27-də Naxçıvan istiqamətində – hansı ki, 2018-ci ildə Azərbaycanın mövqeləri irəli çəkdiyi Günnüt yüksəkliyi istiqamətində baş verib.

Ermənistan Müdafiə Nazirliyi sürücünün avtomobili tərk etdiyini və maşının tamamilə yandığını bildiriblər.

2020-05-28 / 13:39
Facebook