Azərbaycanda polisdə koronavirus aşkarlandı

 

Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşında koronavirus aşkarlanıb.

Rayon ərazisində xidmət aparan polis əməkdaşının səhhətində problem yarandığı üçün həkimə müraciət edib. Ondan götürülən testin nəticəsi pozitiv çıxıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumatı təsdiqləyib:

“Karantin rejiminə polislər nəzarət etdiyi üçün Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən, rayon polis şöbələrinin əməkdaşları mütəmadi olaraq testlərdən keçirilir. Bununla da yoluxma halları müəyyən edilir. Bu yaxınlarda Gədəbəy Rayon Polis şöbəsininin əməkdaşları testdən keçirilərkən bir nəfərdə şübhələr yaranıb. Həmin polis əməkdaşı xidmətdən kənarlaşdırılıb. Xəstəxanaya yerləşdirilən həmin polisin vəziyyəti hazırda yaxşıdır. Dərhal onun iş yoldaşları, ailə üzvləri və təmasda olduğu insanlardan nümunələr götürülüb və onlarda bu virus aşkarlanmayıb”.

2020-05-27 / 13:11
Facebook