Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda aşağıdakı dəyişikliklər edib.
Əvvəlki qəbul zamanı qəbul imtahanları hər tədris ilində iki dəfə – yaz və yay sessiyaları şəklində keçirilir. Abituriyent hər sessiyada istədiyi ixtisas qrupu üzrə yalnız bir imtahanda iştirak edə bilərdi.
Yeni qərarda isə qəbul imtahanlarının hər tədris ilində iki dəfə – yaz və yay sessiyaları şəklində keçirilməsi ilə bağlı müddəa ləğv edilib.
Yeni qərarla qəbul imtahanını rus dilində verən abituriyentlər üçün Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə imtahanın davametmə müddəti də 1 saat 30 dəqiqədən 45 dəqiqəyə endirilib.