Bayram günlərində məhdudiyyət olacaq?

 

“Azərbaycanda qeyri-iş günü elan edilmiş 8 gün ərzində hər hansı məhdudiyyətin tətbiq olunması ilə bağlı qərar yoxdur”. 

Bu sözləri Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov mətbuat konfransında deyib. Bildirib ki, bayram günləri məhdudiyyətin olması ilə bağlı qəti fikir səslənməyib: Sadəcə insanlara çağırış olunub ki, həmin günlərdə yoluxmanın sayının daha da artmaması üçün mümkün qədər evdən bayıra çıxmasınlar. Bu günə məhdudiyyətlərlə bağlı qərar yoxdur”.

O əlavə edib ki, həmin günlərdə maksimum özünütəcrid tələblərinə əməl edilməlidir.

TƏBİB-in şöbə müdiri Y. Qarayeva isə əlavə edib ki, bu, başqa ölkələrin təcrübəsində də var. Türkiyəyə fikir verərsiz görərsiz ki, həftəarası bir rejim tətbiq olunur, həftəsonu isə çox ciddi karantin rejimi tətbiq olunur və ümumiyyətlə, evdən çıxmağa qadağa qoyulur. Hazırda bizim statistik məlumatlardan asılı olaraq bayram günlərində tətbiq oluna biləcək rejimlər müzakirə oluna bilər. Biz görsək ki, rəqəmlər çox ciddi şəkildə artır, bayram günləri və həftəsonları ilə bağlı təkliflər verəcəyik.
2020-05-18 / 19:03
Facebook