Rafiq Manaflı Milli Şuradan istefa verdi

 

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı Milli Şuranın Koordinasiya Mərkəzinin üzvlüyündən istefa verib.

Rafiq Manaflı bu barədə özünün “Facebook” hesabında yazıb.

O, bəyanatında istefanın səbəbi barədə açıqlama vermək istəmədiyini vurğulayıb.

Qeyd edək ki, mayın 14-də Milli Şuranın Koordinasiya Mərkəzinin digər üzvü Eldəniz Quliyev də istefa verib.

2020-05-16 / 12:01
Facebook