AZAL Kiyev-Bakı reysi ilə 197 azərbaycanlını vətənə gətirib

 

Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən mayın 14-də Kiyevdən Bakıya çarter reysi yerinə yetirilib.

“Azərbaycan Hava Yolları” QSC-dən bildirilib ki, həmin reyslə 197 nəfər Azərbaycan vətəndaşı ölkəyə çatdırılıb.

Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.

2020-05-14 / 23:32
Facebook