“Mayın 12-dən xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləmiş aztəminatlı vətəndaşlara birdəfəlik ödəmənin (190 manat) ikinci ay üçün ödənişləri verilməyə başlanacaq”.
Bunu Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov bildirib.
“Sabahdan aprel ayının 9, 10, 11 və 12-si 190 manatlıq birdəfəlik ödəniş alan şəxslərə bu ayın ödənişi kartlara köçürüləcək”.
Şöbə müdiri qeyd edib ki, mayın sonuna qədər ödənişlər verilməsi başa çatacaq.