BŞBPİ: "Tarqovı"nın bağlanması ilə bağlı məlumat yalandır

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkələrdə paytaxtın Nizami küçəsinin (Tarqovı) yenidən bağlanması ilə bağlı yayılan məlumata münasibət bildirib.

İdarənin Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, hazırda polis tərəfindən Nizami küçəsində hərəkətə hər hansı məhdudiyyətlər tətbiq olunmur:

“Sosial şəbəkələrdə küçənin bağlanılması ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir”.

2020-05-06 / 19:58
Facebook