“Azərbaycanda tibbi maskalardan istifadənin məcburi olması ilə bağlı müraciət etmişik”.
Bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O qeyd edib ki, bir sıra müəssisələrdə və qapalı sahələrdə maskalardan istifadə məcburi olacaq:
“Onun icra məcburiyyətinin necə yerinə yetirilməsi digər dövlət qurumlarının səlahiyyətində olan məsələdir”.