“Koronaviruslu xəstələrin müalicə olunduğu xəstəxanalarda tibb işçilərinin virusa yoluxması halları çox azdır”.
Bunu onlayn brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.
Onun sözlərinə görə, tibb işçiləri arasında yoluxma halları əsasən, kənar xəstəxanalarda çalışan həmkarları arasında müşahidə olunur:
H.Harmancı qeyd edib ki, son statistikaya görə 300 tibb işçisi koronavirusa yoluxub.