ABŞ-ın Milli Kəşfiyyat İdarəsi koronavirusun mənbəyi ilə bağlı araşdırmalarının nəticəsini açıqlayıb.
Təşkilat virusun “insan tərəfindən hazırlanmadığı”nı və “genetikasına müdaxilə edilmədiyi”ni bildirib. Virus texnoloji və genetik olaraq dəyişdirilməyib. MKİ pandemiyanın mənbəyinin heyvanlarla təmas olması və ya Çin laboratoriyasından yayılması versiyasının öyrənilməsi üçün detallı araşdırmaların davam etdirildiyini elan edib.