Koronavirusla bağlı 260 məhkum vaxtından əvvəl şərti azadlığa buraxılıb.
Bu barədə Ədliyyə Nazirliyinin keçirdiyi videokonfransda nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova məlumat verib.
“Koronavirusla bağlı penitensiar müəssisələr gücləndirilmiş iş rejiminə keçib. Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə virusa yoluxma riski olan 65 yaşdan yuxarı 176 məhkum azad olunub. Eyni zamanda, 260 məhkum da vaxtından əvvəl şərti azadlığa buraxılıb”.