“Bəzi ölkələrdə məktəblərdə tədris yuxarı sinif şagirdləri üçün bərpa olunur”.
Bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Yeni” TV-nin canlı yayımında bildirib.
O qeyd edib ki, Azərbaycanda zərurət yaranarsa, məktəblər açıldıqda bu imkan nəzərdən keçirilə bilər:
“Bu barədə hərtərəfli düşünəcəyik. Amma dərs ilinin sonuna kimi məktəblərin açılması, yəqin ki, real görünmür. Hazırkı vəziyyətdə insanlar arasında sosial məsafənin saxlanılması olduqca vacibdir. Məktəblərdə isə uşaqların bir-biri ilə məsafəni saxlaması çətin olacaq”.