Azərbaycanda bu il “Son zəng” keçirilməyə bilər

“Onlayn tədrisdə məzmunun 100 faizə çatdırılması mümkün deyil”.

 BTəhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

 O bildirib ki, ən inkişaf etmiş ölkələrdən biri olan Böyük Britaniyada 10 faiz ailənin internetə çıxışı yoxdur: “Buna görə də aprelin 20-dən, tədris dayanandan 1 ay sonra BBC teledərslər layihəsini tətbiq etməyə başlayıb. ABŞ-da bu göstərici 10 faizdən daha çoxdur”. 

Nazir əlavə edib ki, 11-ci siniflərin “Son zəng” tədbirləri keçirməsi nəzərdə tutulmur: “Onlar da mövcud vəziyyəti başa düşürlər. Bu tədbiri daha sonrakı zamanda da keçirmək olar. Ola bilsin onlayn rejimdə də keçirə bilərlər”. 

2020-04-27 / 20:08
Facebook